2017-ci ilin sentyabr ayının 30-na Azərbaycanda fəaliyyət göstərən bankların filiallarının sayı 557 olub.
“APA-Economics” Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı icmala istinadən xəbər verir ki, sentyabr ayının əvvəlinə ölkədə 560 bank filialı fəaliyyət göstərib. Beləliklə, icmaldan 3 bank filialının ləğv olunduğu məlum olur.
Bankların şöbələrinin sayı dəyişməyib – sentyabrın sonuna ölkədə 142 bank şöbəsi fəaliyyətdədir.
ATM-lərin sayı 9 ədəd azalıb. Belə ki, sentyabrın əvvəlinə ölkə üzrə 2495 ədəd olduğu halda, ayın sonuna bu rəqəm 2486 təşkil edib.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...