Lerikdə avtomobil dərəyə aşıb, dörd nəfər ağır xəsarət alıb.
Astarainfo.az APA-nın cənub bürosuna istinadən verdiyi məlumata görə, Lerik-Orand yolunda Orand kənd sakini İsabala Sarıbala oğlu Əzimovun idarə etdiyi ”UAZ” markalı minik avtomobili idarəetmənin itməsi səbəbindən dərəyə aşıb.
Nəticədə sürücü və avtomobildə olan həmkəndliləri – Müseyib Qafar oğlu Həmidov, qardaşı Ramil və kimliyi hələlik məlum olmayan şəxs ağır xəsarət alaraq Lerik rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onları ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətləri ağır olduğundan Lənkəran RMX-na yola salınıb.
Bu gün Respublikanın hər yerində olduğu kimi Astara rayonunun ümumtəhsil məktəblərində də 2021-2022-ci tədris ilinin ilk dərs günüdür.
İlk dərs günündə Astara rayon İcra Hakimiyyətinin...