“Qarabağ” klubunun kapitanı Rəşad Sadıqov Türkiyənin “Beşiktaş” klubuna gedəcək.
Astarainfo.az XəzərXəbər-ə istinadən xəbər verir ki, kapitan “Beşiktaş” futbol klubunun əsas heyətinin məşq düşərgəsini ziyarət edəcək.
Daha sonra R.Sadıqov məşqçilik fəaliyyətilə bağlı keçirilən seminarlara qatılacaq. “Qarabağ” klubun mətbuatla əlaqələr üzrə nümayəndəsi Nurlan İbrahimov kapitanın səfərinin yaxın günlərdə baş tutacağını bildirib.
Qeyd edək ki, 36 yaşlı futbolçu bu il “Qarabağ”dan ayrılacaq və professional futbolçu kariyerasını bitirəcək.
R.Sadıqov hazırda “Qarabağ” klubunun U-19 komandasına baş məşqçilik edir.
Bu gün Respublikanın hər yerində olduğu kimi Astara rayonunun ümumtəhsil məktəblərində də 2021-2022-ci tədris ilinin ilk dərs günüdür.
İlk dərs günündə Astara rayon İcra Hakimiyyətinin...