Rusiyada baş verən yol qəzasında 13 uşaq xəsarət alıb Böyüt

Rusiyanın Yaroslavl şəhəri yaxınlığında ağır yol qəzası baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Yaroslavl vilayətinin Rostov rayonu ərazisində uşaqları daşıyan avtobus minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində avtobusun sürücüsü və 13 uşaq müxtəlif dərəcəli xəsarət alıblar. Məlumata görə, avtobusda 44 sərnişin olub, onların əksəriyyəti  Moskvaya ekskursiyaya gedən uşaqlardır. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.