“Koreya yarımadası ətrafında yaranan böhranın siyasi həllini tapmasaq, Şimali Koreya rejimində 2-3 ilə qitələrarası ballistik raketlər mütləq olacaq”.
“Blomberg” agentliyi xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin silahsızlaşdırma məsələləri üzrə departamentinin direktoru Mixail Ulyanov deyib.
Onun sözlərinə görə, bu raketlər ABŞ-ın kontinental ərazisini vurmağa imkan verəcək.
“Bu proqramları (Pxenyanın raket və nüvə proqramları – red.) indi dayandırmalıyıq. Sanksiyalar isə yalnız dörd-beş il ərzində işləyəcək”, – diplomat əlavə edin.
Ulyanov həmçinin agentliyin əməkdaşı ilə söhbətində qeyd edib ki, Rusiya Şimali Koreyanı nüvə dövləti kimi heç vaxt tanımayacaq./publika.az
Son illər kənd təsərrüfatının ənənəvi sahələrindən olan çəltikçiliyin inkişafı, əhalinin düyüyə olan tələbatınin ödənilməsi və çəltik istehsalının artırılması istiqamətində bir sıra əhəmiyyətli tədbirlər görülmüş...