İraq ordusu İŞİD-lə əlaqədə şübhəli bilinən 512 Rusiya və 200 Azərbaycan vətəndaşı olan qadın saxlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə iraqlı deputat Vian Dahil özünün “Twitter” səhifəsində yazıb.
Deputanın bildirdiyinə görə, saxlanılan qadınlar həbsxanaya yerləşdirilib.
V.Dahil qadınların harada və nə vaxt saxlanıldığını açıqlamayıb.
İraqın Müdafiə Nazirliyindəki mənbə 512 rusiyalı qadının saxlanılması barədə məlumatı “RİA Novosti”yə təkzib edib.
“Saxlanılanlar var, lakin onlar çox deyil və müxtəlif ölkələrin vətəndaşlarıdır”, – deyə mənbə əlavə edib.
Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Diqo kəndi rayonun dağlıq ərazidə yerləşən ən ucqar yaşayış məntəqələrindən olsa da, rayon icra hakimiyyətinin...