Parisdə YUNESKO Baş Konfransının 39-cu sessiyası çərçivəsində təşkilatın yardımçı orqanlarına seçkilər keçirilib.
AZƏRTAC xəbər verir ki, seçkilərdə Azərbaycan YUNESKO-nun Hökumətlərarası Bioetika Komitəsinə (İGBC) 4 il müddətinə üzv seçilib.
İGBC-yə üzvlük ölkəmizin bioetika sahəsi üzrə nailiyyətləri barədə beynəlxalq elmi dairələrə məlumatın çatdırılmasına, digər ölkələrin alimləri ilə əməkdaşlığın yaradılmasına və təcrübə mübadiləsinə töhfə verəcək.
YUNESKO bioetika sahəsi ilə fəal şəkildə məşğul olur. Bu sahədə ölkələr arasında əməkdaşlıq platforması yaratmaq üçün 1993-cü ildə YUNESKO-nun Bioetika Proqramı təsis edilib.
Hökumətlərarası Bioetika Komitəsinin əsas məqsədi YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin bioetika üzrə məsləhət və tövsiyələrini nəzərdən keçirmək və istiqamətləndirməkdən ibarətdir. Komitə 1998-ci ildə yaradılıb, 36 üzv dövlətdən ibarətdir və iki ildən bir toplanır.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...