Fövqəladə Hallar Nazirliyin Bakı-Quba yolunda baş verən qəza ilə bağlı məlumat yayıb.
APA -nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, yolun 77-ci kilometrliyində, Siyəzən rayonu ərazisində “Shacman” və “KamAZ” markalı 3 ədəd yük avtomobili toqquşub. Qəzada xəsarət alan “Shacman” markalı avtomobilin sürücüsü Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.
***
06.36
Bakı-Quba yolunda yol nəqliyyat hadisəsi qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın 77-ci km-də, Siyəzən rayonu ərazisində qeydə alınıb.
“Shacman” markalı yük maşını ilə “KamAZ” markalı iki maşın toqquşub. Qəza nəticəsində 2 nəfər xəsarət alaraq Siyəzən Regional Diaqnostika Mərkəzinə gətirilib. Onlar Şabran rayon sakini, 1961-ci il təvəllüdlü Əliyev Ələsgər Məmmədəli oğlu və Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Ağaliyev Elman Bəyalı oğludur. Ə. Əliyevin vəziyyəti orta ağırdır, E. Ağamalıyev isə ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...