Qış mövsümünün gəlməsi ilə bərabər müxtəlif infeksion xəstəliklər özünü göstərməyə başlayıb.

Astarainfo.az Metbuat.az-a istinadən  xəbər verir ki, qrip və farengit xəstəliklərinə səbəb olan viruslardan əlavə çox ciddi sayıla biləcək “Respirator Sinsitial Virus”u (RSV) var. Bu virus əllərimizdə yarım saatdan artıq qalır, xüsusilə uşaqlar üçün olduqca təhlükəlidir. Virus insandan-insana keçir. Əlamətləri qrip xəstəliyinin əlamətlərinə oxşardır. Uşaqlarda nəfəs alarkən xırıltı, öskürək, nəfəs almaqda çətinlik, böyüklərdə və 3 yaşdan yuxarı uşaqlarda burnun axması, baş ağrısı, öskürək kimi şikayətlərlə özünü göstərir.
 “RSV” virusu tənəffüs yolu ilə bulaşan bir virus növüdür. Müalicə olunmadıqda ciddi sağlamlıq problemlərinə, hətta qaraciyərə ziyan verə bilər.