Kürdəmirdə iki maşının iştirakı ilə baş verən qəzada piyada və sərnişin ağır xəsarət alıb.
APA -nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Kürdəmir rayon ərazisində qeydə alınıb.
Kürdəmir rayonun Atakişili kənd sakini, 1985-ci il təvəllüdlü Rauf Rafiq oğlu Əliyevin idarə etdiyi “VAZ-21011” markalı minik maşını ilə Kürdəmir rayon istiqamətdə hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan 1985-ci il təvəllüdlü Ramal Neman oğlu Nərimanovun idarə etdiyi “Mercedes” markalı maşına çırpılıb.
İdarəetmədən çıxan “Mercedes” yol kənarında dayanmış piyada, rayonun Çöhranlı kənd sakini, 1971-ci il təvəllüdlü Səyyad Babacan oğlu Hüseynovu vurub. Nəticədə piyada S. Hüseynov və “VAZ-21011” markalı maşında olan sərnişin 1967-ci il təvəllüdlü Vüqar Lazım oğlu Yunisov müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdiriliblər. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Diqo kəndi rayonun dağlıq ərazidə yerləşən ən ucqar yaşayış məntəqələrindən olsa da, rayon icra hakimiyyətinin...