Beyləqanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

 Beyləqan rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Astarainfo.az”Report”-a istinadən xəbər verir ki,  bu barədə FHN məlumat yayıb.

Belə ki, rayon ərazisində “QAZ” markalı minik avtomobilinin maneəyə çırpılması nəticəsində yanğın baş verib. Yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb.

Qəza zamanı avtomobilin sürücüsü və 3 sərnişini müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya aparılıb.

Ərazidəki ağaclar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.