Astarada gənclərin biznes bacarıqlarının inkişafı mövzusunda təlim keçirilib

Astarainfo.az xəbər verir ki, noyabrın 13-də  “Tərəqqi”gəncliyin inkişafı İctimai Birliyi Gənclər Evində 30 nəfər gəncin iştirakı ilə gənclərin biznes bacarıqlarının inkişafı mövzusunda təlim həyata keçirib.

Bu barədə məlumat verən “Tərəqqi”gəncliyin inkişafı ictimai birliyinin sədri Raci Səfərov bildirmişdir ki, təlim Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər fondunun maliyyələşdirdiyi “Region gənclərinin biznes bacarıqlarının artırılması” layihəsi çərçivəsində Astara Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə reallaşmışdır.

Tədbirdə ali və otra-ixtisas məktəblərinin tələbələri və məzunları,hərbi xidmətdən yenicə qayıtmış və iş həyatına yenicə başlayan gənclər təmsil olunmuşdur. “Bu təlim təşkilatımız tərəfindən Astara keçirilən ilk təlim kimidə əlamətdar olub.

Tədbiri giriş sözü ilə Astara Rayon Gənclər və İdman idarəsinin Rəis müavini İqrar Cəfərov açaraq  bildirib ki,bu gün Azərbaycan gəncliyinə Dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərilir.Son illər Azərbaycan gəncliyinin inkişafı ilə bağlı ardıcıl proqramlar qəbul edilmişdir ki, onlardan sonuncusu 2017-2021-ci illəri əhatə edən proqramdır.

Təlimi beynəxalq dərəcəli təlimçı Rafət Şirəliyev idarə etmişdir. Təlim zamanı gənclərə “Biznesin hüquqi formaları, Biznes Plan anlayışı Biznesdə marketing və reklam, Biznesi uğurlu edəcək amillər” mövzularında məlumat verilmişdir.İştirakçılardan Asim Yusifov qeyd edib ki,  regionda o cümlədən Astarada bu cür vacib layihələrin və biznes proqramların hayata keçırılməsi böyük əhəmiyyətə malikdir. Fidan Məhərrəmova adlı iştirakçı peşəkar İngilis dil kurslarına böyük ehtiyac olduğunu qeyd edib.

Tədbirin sonunda içtirakçılara sertifikatlar təqdim olunub və birlikdə xatirə şəkli çəkdirilib.

Astarainfo.az