Azərbaycanlı futbolçunun klubu maddi problemlə üzləşib

Azərbaycanlı futbolçu Samir Məsimovun formasını geyindiyi Rusiyanın “Fakel” klubu maddi problemlə üzləşib.

Astarainfo.az “Report” -a istinadən xəbər verir ki, bu barədə Voronej təmsilçisinin baş məşqçisi Pavel Qusev sportbox.ru saytına bildirib.

O, klubun borcu olduğunu və gərgin günlər yaşadıqlarını etiraf edib. Baş məşqçi təşkilati məsələlərlə bağlı da çətinlik yaşadıqlarını söyləyib. Qusev “Voronej vilayətinin qubernatoru ilə sonuncu dəfə nə vaxt görüşmüsünüz” sualına belə cavab verib: “İlk və sonuncu dəfə 2015-ci ildə komandaya II liqanın qızıl medallarını təqdim edən zaman”.

Qeyd edək ki, I divizionun XXI turu çərçivəsində keçirilmiş “Luç-Energiya” – “Ximki” görüşünün 15-ci dəqiqəsində meydan sahiblərinin futbolçuları ictimaiyyətin diqqətini maddi çətinliklərə çəkmək üçün oyunu dayandırıblar.

“Fakel” hazırda 21 xalla 18-ci pillədə qərarlaşıb. Voronejlilər sonuncu – 20-ci sıradakı “Rotor”dan 1 xal çox toplayıblar.