Cənubi Koreyanın şərqində 5,4 bal gücündə zəlzələ baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Pxoxan şəhərində yerləşib.

Zəlzələ nəticəsində 15 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 300 nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib.

Zəlzələdən sonra bir neçə təkrar təkanlar qeydə alınıb. Zəlzələ paytaxt Seulda da hiss olunub.