Sinqapur əcnəbilər üçün dünyanın ən bahalı şəhəri adlandırılıb.
Astarainfo.az Oxu.Az-a istinadən məlumatına görə, bu barədə Economist Intelligence Unit (EIU) jurnalının hesabatında deyilir.
Hesabatda 160 məhsul və xidmətin, o cümlədən qida, paltar, ev əşyaları, kosmetika, mənzil kirayəsi, nəqliyyat xərcləri, məktəb və uşaq bağçasının qiymətləri müqayisə olunub.
Tədqiqatın müəllifləri qeyd edirlər ki, ilk onluqda əsasən Asiya şəhərlərinin adı daxil olunub. Sinqapur artıq dördüncü dəfədir ki, birinci yerə layiq görülüb. İkinci pillədə Honqkonq, üçdə İsveçrənin Sürix, dörd və beşinci yerdə isə Yaponiyanın Tokio və Osaka şəhərləri qərarlaşıb.
EIU mütəxəssisləri iddia edirlər ki, Sinqapurda ən bahalı paltar və avtomobillər satılır.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...