Astarainfo.az xəbər verir ki, noyabrın 10-12-də Gürcüstanın Tbilisi şəhərində keçirilən Qarışıq Döyüş Növləri üzrə Dünya Kuboku yarışında Azərbaycan yığma komandasının tərkibində iştirak edən astaralı idmançılar Əlizadə Nurlan (55 kq) I yerə, Tarverdiyev Feyzulla (50 kq) II yerə layiq görülmüşdürlər.
İdmançıları yarışa Budo Döyüş növləri üzrə VI dan Qara kəmər ustası Ramiq Rəhmanov hazırlamışdır.
Noyabrın 13-də Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev qalib idmançılar və məşqçi ilə görüş keçirmişdir. Ə. Əliyev idmançıları təbrik etmiş, gələcək yarışlarda onlara uğurlar arzulamışdır.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...