Azərbaycanda maqnitudası 3,5 olan zəlzələ qeydə alınıb. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi xəbərə görə, zəlzələ bu gün saat 20:43:42-də, Bərdədən 8 km cənub-qərbdə qeydə alınıb.
Ocağı 24 km dərinlikdə qeydə alınan zəlzələ episentrdə 3 bala qədər hiss olunub.
Yeraltı təkanlar Ağdam rayonunda da hiss olunub. APA-nın Qarabağ bürosunun xəbərinə görə, yeraltı təkanlar rayonun əksər kəndlərində hiss olunub. Rayon ərazisində dağıntı və tələfat barədə məlumat yoxdur.
Xatırladaq ki, ötən gün axşam Bərdə və Ağdam rayonları ərazisində baş vermiş zəlzələ nəticəsində Ağdamda 2, Tərtərdə 2 yaşayış evi tamamilə uçub. Onlarla evə ciddi zərər dəyib. APA
Bu gün Respublikanın hər yerində olduğu kimi Astara rayonunun ümumtəhsil məktəblərində də 2021-2022-ci tədris ilinin ilk dərs günüdür.
İlk dərs günündə Astara rayon İcra Hakimiyyətinin...