Rusiyada dəhşətli qəza:12 ölü, 6 yaralı

Rusiya Federasiyası Mariy El Respublikasında mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 12 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, “Yoşkar Ola-Kozmodemyansk” yolunun 64-cü km-də baş verən qəza nəticəsində daha 6 nəfər xəsarət alıb.

Avtobusda 21 nəfərin olduğu bildirilir.

Bölgə rəhbəri hadisə yerinə gedib.

Qarlı hava şəraitinin pisləşməsinin hadisəyə səbəb olduğu ehtimal edilir.