Ötən axşam ölkə ərazisində baş verən yeraltı təkanın yaratdığı fəsadlar araşdırılır.
Ağdam rayon İcra Hakimiyyəti başçısının müavini Allahverən Əliyev APA-ya bildirib ki, rayon İH-nə daxil olan müraciətlər əsasında araşdırmalara başlanıb.
Zəlzələ nəticəsində divarları çatlayan, dam örtüyü qismən uçan 120 evə baxış keçirilib. Bir məktəb binası və 3 yaşayış evinin tam qəzalı vəziyyətə düşdüyü məlum olub.
Tərtər rayon Fövqəladə Hallar Komissiyasının üzvü İlqar Musayev sözügedən sayta deyib ki, komissiya üzvləri rayonda araşdırmalara başlayıb. İndiyədək 40-dan çox yaşayış evinə baxış keçirilib. Qazyan və Evoğlu kəndlərində 3 ev tamamilə qəzalı vəziyyətə düşdüyündən ev sakinləri mənzillərindən çıxarılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilib.
Bərdə rayon İH-dən isə bildirilib ki, yeraltı təkan nəticəsində rayon ərazisində heç bir fəsad qeydə alınmayıb.
Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Diqo kəndi rayonun dağlıq ərazidə yerləşən ən ucqar yaşayış məntəqələrindən olsa da, rayon icra hakimiyyətinin...