Azərbaycanın müstəqilliyinin qorunması, saxlanılması, inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Biz haqqı olan insanların əməyini qiymətləndirməliyik. Azərbaycan Xalq Cümhuriyyətinin məsələsi həmişə diqqət mərkəzində olub.
Trend xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, bəzi siyasi partiyalar buna maneçilik törətmək üçün özlərini ortaya atırlar.
O qeyd edib ki, bugünkü Musavat Partiyası ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə olan Müsavat Partiyası başqa təşkilatlardır: “O dövrdə fəaliyyət göstərmiş Müsavat Partiyası Azərbaycan xalqına aid bir partiyadır. Məgər o təşkilat etibarnamə ilə bugünkü Müsavat Partiyasına verilib? Xeyr. Bu, Azərbaycan xalqının partiyasıdır və ona görə də qarışıqlıq salıb, ümumi işə xələl gətirməyin tərəfdarı deyiləm”.
Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Diqo kəndi rayonun dağlıq ərazidə yerləşən ən ucqar yaşayış məntəqələrindən olsa da, rayon icra hakimiyyətinin...