Şamaxı-Qızmeydan yolunda 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
Qəza minik avtomobilinin idarəetmədən çıxaraq 30 metr dərinliyində olan dərəyə yuvarlanması nəticəsində qeydə alınıb.
Qəza zamanı Göyçay rayonundan olan 1974-cü il təvəllüdlü sürücü Qurcalızadə Rahim Vahid oğlu, Bakı şəhər sakini Fərəcov Bayram Zakir oğlu (1988), onun həyat yoldaşı Fərəcova Fəridə Məhərrəm qızı (1989) və onların övladı Fərəcov Nihat Bayram oğlu (2013) xəsarət alıb. Sürücünün vəziyyəti ağırdır.Report.az
Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Diqo kəndi rayonun dağlıq ərazidə yerləşən ən ucqar yaşayış məntəqələrindən olsa da, rayon icra hakimiyyətinin...