Belçikanın Gent şəhərində “ArcelorMittal” metallurgiya şirkətinə aid zavodda partlayış baş verib.

 Astarainfo.az Axara.az-a istinadən xəbər verir ki, bu barədə Belçika Federal polisi məlumat yayıb. “Biz azı bir neçə nəfərin zərər çəkdiyini təsdiqləyə bilərik. Hazırda əlimizdə olan bütün məlumat bundan ibarətdir”, – deyə federal polisin nümayəndəsi bildirib.
“Soir” nəşri isə VTM telekanalına istinadla partlayış nəticəsində bir nəfərin öldüyü barədə məlumat yayıb.