“Google” mütəxəssisləri və Kaliforniyanın Berkli Universitetinin alimləri geridə qoyduğumuz ilin ən çox sındırılan şifrələrini proqnozlaşdırıblar.
İKT.lent.az-ın Nation-news.ru saytına istinadən məlumatına görə, məlum olub ki, birinci yerdə “123456” kombinasiyası qərarlaşıb. Bu qeyri-adi şifrədən 2017-ci ildə 6 milyondan az olmayan istifadəçi sayı istifadə edib.
Ən sadə şifrələr siyahısının ikinci yerində “password” sözü yer alıb. Belə şifrəni 2 500 dəfə sındırmağa nail olunub.
Üçüncü yerdə qərarlaşan şifrə reytinqin liderindən bir qədər qəlizdir. Belə ki, “123456789” kombinasiyasını 2 milyon dəfə sındıra biliblər.