Qadın uca Allahın qüdrətindən təbiətdə yaradıcı insandır. Alimi, həkimi, mühəndisi dünyaya gətirən qadın, isməti, namusu ilə canından ayrılan körpəsini min bir nəvazişlə yaşadır, boya-başa çatdırır. Əsrlər boyu zəkası, idrakı, sədaqəti, cəsarəti ilə tanınan qadın bəşər tarixi üçün örnəkdir.
Qadın məhəbbətin özəyi, həyatın təravəti, fədakar yoldaş, ömür-gün dostudur.
Dünyaya gözəllik aşılayan qadın əzəməti, qüdrəti tükənməyəcək xəzinə kimidir.
Filosofların dediyi kimi “Qadın bəşəriyyətə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir”.
Qadın ucalıq-ülvilik məbədi, ismət rəmzidir. Tanrının yanında xüsusi məhəbbətə layiq olan qadın- taleyüklü ömür yaşayır və milyonları da yaşadır.
Qadın! Məhəbbətdən, nəvazişdən, hörmətdən məhrum olarsa gözəllik dayanar, həyat susar.
Qadın – zərif, nemət, ismət, gözəl, iradə, kitab, idrak, dünya, həyat, sevgi, qadir, vüqar, həyan, səcdə deməkdir.
Oxunmamış kitab kimi qadının sevgisi, iradəsi, saflığı həyat mücəssəməsidir.
İnsanın qazandığı ən böyük nemət qadına səcdə etməyi bacarmaqdır.
Elə Cənnətə yolçuluq da analardan keçir.
Şairdir yazıçıdır ana,sözü-söhbəti ilə…
Bəstəkardır inci-inci nəğmə dolu laylaları,duaları ilə… Rəssamdır,memardır, heykəltaraşdır ana!
Əsərləri-övladları günbəgün, aybaya, ilbəil yaşa dolur və tanındıqca da ana ürəyi fərəhlə dolur.
Yuxusuz gecələrindən usanmayan, rahatlığını düşünməyən yalnız anadır-ana!
Körpəsinin mışıl-mışıl yuxulaması, hələ yuxudaikən gülümsəməsi onun təlaş dolu qəlbinə bir dünya sevinc bəxş edir.Ana günəşdir, dünyanı isidən günəş kimi şəfəqləri hərarətlidir, dolğundur….
Bahar ətirli, bahar təravətlidir ana nəvazişi, ana əzizləməsi…….
Körpə qığıltısı ilə, ana laylası ilə ən böyük bənzərsiz tablosudur dünyanın!
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...