Bu il 1019 həkim imtahandan kəsilib

Bu ilin yanvar ayından bu günə qədər 4323 həkim Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasına müraciət edib. Bunu Lent.az-a komissiyanın bölmə müdiri Müşgünaz Şahmuradova bildirib. Onun sözlərinə görə, onlardan 3304 həkim sertifikasiya imtahanından keçib. İmtahandan keçən 3304 həkimdən 2315 nəfəri ikinci dəfə imtahandan keçən həkimlərdir.
Həmçinin Sertifikasiya Komissiyasına müraciət etmiş 7111 orta tibb işçisindən 5202 nəfəri imtahandan keçib. Orta tibb işçilərindən 1348 nəfəri isə resertifikasiya (təkrar sertifikasiya) alıb.
Qeyd edək ki, həkimlərin sertifikasiyası 2011-ci, orta tibb işçilərin sertifikasiyası isə 2012-ci ildən başlayıb. İmtahandan kəsilən həkim və orta tibb işçisi işdə qalmaq şərti ilə maksimum 6 ay praktiki fəaliyyətdən uzaqlaşdırılır və peşə hazırlığına cəlb olunur. Bundan sonra praktiki fəaliyyətinə davam edə bilər.