“Rusiya prezidenti Vladimir Putin suriyalı həmkarı Bəşər Əsədlə sabah keçiriləcək üçlü toplantıda alınacaq qərarları həyata keçirə biləcəyindən əmin olmaq üçün görüşdü”.
Astarainfo.az Modern.az-a istinadən  xəbər verir ki, bu sözləri Kremlin sözcüsü Dmirti Peskov deyib.
Mətbuat konfransı təşkil edən Peskov deyib ki, Putinin Əsədlə keçirdiyi görüş sabah Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan və İran prezidenti Həsən Ruhani ilə keçiriləcək üçlü toplantıya hazırlıq məqsədi daşyıb.