Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Pyotr PoroşenkoAvropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının Brüsseldə keçiriləcək zirvə toplantısında görüşəcəklər.
APA-nın “İnterfaks Azərbaycan”a istinadən verdiyi xəbərə görə, prezidentlər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Azərbaycan prezidentinin Ukraynaya gözlənilən səfərinə hazırlıq da diqqət mərkəzində olacaq.
Qeyd edək ki, “Şərq tərəfdaşlığı” sammiti noyabrın 24-də keçiriləcək.
Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Diqo kəndi rayonun dağlıq ərazidə yerləşən ən ucqar yaşayış məntəqələrindən olsa da, rayon icra hakimiyyətinin...