epaselect epa06342938 Real Madrid's player Cristiano Ronaldo celebrates a goal during the UEFA Champions League Group H match between Apoel FC and Real Madrid at the GSP stadium in Nicosia, Cyprus, 21 November 2017. EPA-EFE/KATIA CHRISTODOULOU
Çempionlar Liqasında V turun ən yaxşı futbolçusu bəlli olub.Astarainfo.az-ın  Apasport.az-a istinadən məlumatına görə, UEFA-nın azarkeşlər arasında apardığı səsvermədə “Real”ın hücumçusu Kriştianu Ronaldo qalib gəlib.
APOEL-lə qarşılaşmada 2 qol vurub, 1 məhsuldar ötürmə verən portuqaliyalı səslərin 43 faizini toplayıb. PSJ-nin braziliyalı legioneri Neymar 2-ci olub – 28 faiz.
Robert Levandovski (“Bavariya”) və “Çelsi”nin “Qarabağ”la Bakıdakı oyununun qəhrəmanı Eden Azar hərəyə 8 faiz səs yığa bilib.
UEFA-nın azarkeşlərin ixtiyarına buraxdığı səsvermədə digər namizədlər 5 faiz səddini adlaya bilməyib. Timo Verner (“Leypsiq”) 5, Hari Keyn (“Tottenhem”) və Lorenso İnsinye (“Napoli”) hərəyə 3, Yannik Karasko (“Atletiko”) cəmi 1 faiz tərəfindən bəyənilib.