Astarada dənizkənarı park-bulvar kompleksinin tikinti işlərinin yeni mərhələsi başlayıb. Bulvar ərazisi daha da genişləndirilir. Hazırda insanların gəzinti meydançasının istinad divarları hörülür və beton işləri görülür.

Layihəyə uyğun olaraq park-bulvar kompleksinin genişləndirilməsi işlərinə may ayından başlanılıb.

Astarada 12 hektar sahəsi olan yeni tikilən park-bulvarın ərazisi əvvəllər qamışlıq, bataqlıq eləcə də, zibil tullantılarla yarasız vəziyətdə olub. İlkin mərhələdə sahil ərazisinin qamışlıqdan və tullantılardan təmizlənməsi və bataqlıqların qurudulması işləri başa çatıb. Hazırda əlavə artırılan 12 hektar ərazidə işlərin növbəti mərhələsi başlayıb.

 Park-bulvar ərazisini su ilə təmin etmək üçün tutumu 250 kub metr olan hovuzun və nasosxananın, eyni zamanda qala divarının da tikintisi həyata keçirilir.
Yeni bulvar ərazisində yay-qış uşaq əyləncə mərkəzləri, açıq fitnes meydançası, eləcədə attraksionlar quraşdırılacaq. /xezerxeber.az

 Videonu izləmək üçün şəklə klikləyin:

Astara bulvarının ərazisi genişləndirilir