Bu lampa 116 ildir ki, yanır – VİDEO

ABŞ-ın Kaliforniya ştatında olan Yanğınsöndürmə məntəqəsində 116 ildir durmadan yanan bir lampa var. Bu lampa müxtəlif vaxtlarda yaşanan 3 elektrik verilişinin dayandırılması hadisəsindən başqa heç bir vaxt sönməyib.
Lampa 1901-ci ildə Livermore Yanğınsöndrümə İdarəsinin tavanına asılıb və o gündən bəri öz işini görməyə davam edir. Bu lampanın qeyri-adi hekayəsinə 1972-ci ildə fərqinə varılıb. Hətta 2001-ci ildə lampanın istehsalının 100- illiyi münasibətilə bayram tədbiri belə keçirilib.
Lampanı düzəldən və yanğınsöndürənlərə hədiyyə edən şəxsin adı Adolphe Shailet olub. Qeyd edək ki, ən yaxşı lampanı icadında iddialı olan bu şəxs Edissonunu rəqibi idi.

Vaxtilə 600 vatlıq istehsal olunan lampa bu gün ancaq 4 vatlıq bir işıq yayır, bunun belə hələ də yanır.

Qeyd edək ki, hazırda firmalar daha çox gəlir etmək üçün məhsullarını bəlli bir müddət bitdikdən sonra xarab olacaq şəkildə istehsal edirlər. Və bu təkcə lampada belə deyil. Əvvəllər texnikalar on illərlə istifadə olunsa da, bu gün texnologiyanın daha da müasirləşməsinə rəğmən bir müddətdən sonra səbəbsiz yerə xarab olur.

Yeri gəlmişkən, Adolphe Chailet kimi markalanan bu lampa Ginnesin rekordlar kitabına düşüb./faktxəbər