Alimlər almanın tərkibində dərini cavanlaşdıran, qan dövranını yaxşılaşdıran, immuniteti gəcləndirən mürəkkəb element aşkar ediblər.
Astarainfo.az Teleqraf.com-a istinadən bildirir ki, epaktehin polifenol adlı element ürək-damar sisteminə ən yaxşı təsir edən və damarların elastikliyini qoruyub saxlayan nadir maddələrdəndir.
Britaniyalı alimlər iddia edirlər ki, mütəmadi olaraq alma yeyən şəxslərin damarlarının divarları elastik olur ki, bu da onları ürək xəstəlikləri, infarkt və insultdan daha çox qoruyur.
Təcrübələr zamanı 1000 könüllü mütəmadi olaraq alma şirəsi qəbul edib. Tədqiqatın nəticələrinə görə, onların orqanizmi cavanlaşıb.