Noyabrın 27-i Şəki şəhəri S. Əfəndiyev küçəsi ev 12 ünvanında qeydiyyatda olan, 1991-ci il təvəllüdlü Xatun İlqar qızı Rəsulova bədənin çoxsaylı küt travmaları ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
MRX-dan APA-ya bildirilib ki, əri tərəfindən döyülən Xatun Rəsulovanın müalicəsi xəstəxanada davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir.
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Yevlax rayonunda ərdə olan Xatun Rəsulova bir neçə gün əvvəl orada möhkəm döyülüb. Ağır bədən xəsarəti alan Xatun Rəsulova Şəki şəhərində yaşayan ailəsinin yanına gəlib.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...