Goranboyda yük və minik avtomobili toqquşub, xəsarət alan var

Goranboy rayonunda xəsarətlə nəticələnən avtomobil qəzası baş verib.

Astarainfo.az APA-ya istinadən məlumatına görə, hadisə rayonun Nadirkənd kəndinə gedən yolda  qeydə alınıb. “KamAZ” və “QAZ 24” markalı avtomobillərin toqquşması nəticəsində minik avtomobilinin sürücüsü xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.