Əməkdar incəsənət xadimi Tahir Əkbərin vəziyyəti yaxşılaşıb.

Astarainfo.az A24.Az-ə istinadən  xəbər verir ki, bir ay öncə insult keçirmiş bəstəkar Tahir Əkbər müalicə aldığı Respublika Müalicəvi Diaqnostika Mərkəzindən evə buraxılıb. Müalicəsi bundan sonra Suraxanı Bərpa Mərkəzində davam etdiriləcək. Bəstəkar mərkəzdə fizioterapiya müalicələri alacaq. Bu haqda əməkdar artist Aybəniz Haşımova məlumat verib.

Xatırladaq ki, beyin infarktı və sağ tərəfindən iflic olmuş bəstəkarın  müalicə xərclərini Heydər Əliyev Fondunun rəhbəri, Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva öz üzərinə götürmüşdü.