Noyabrın 29-da Türkiyə Respublikasının Hərbi HavaQüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüz Azərbaycana rəsmi səfərə gəlib.
Səfər çərçivəsində ordu generalı H. Küçükakyüzün Müdafiə Nazirliyində bir sıra görüşləri planlaşdırılır. Görüşlərdə iki ölkənin Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti, perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq.
 Səfər dekabrın 1-dək davam edəcək.APA