Türkiyədə mikroavtobus qəzaya uğrayıb, 10 suriyalı miqrant ölüb

Türkiyədə Suriya sərhədini qaçaq yollarla keçən mikroavtobus qəzaya uğrayıb.
 Hərbi polis miqrantların olduğu mikroavtobusu Hatay rayonunun Altungözü qəsəbəsi yaxınlığında saxlamaq istəyib.
Ancaq sürücü göstərişə əməl etməyib və surəti artıraraq qaçmaq istəyib. Bir müddət sonra sürücü idarəetməni itirib və mikroavtobus qarşıdan gələn yük avtomobili toqquşub. Yerli vaxtla saat 15.45 radələrində baş verən qəza nəticəsində 10 suriyalı miqrant hadisə yerində ölüb, sürücü və 7 miqrant ağır yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. APA