Ağdaşda 7-ci sinif şagirdi özünü asıb

Ağdaş rayonunda intihar hadisəsi baş verib.
 Hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2005-ci il təvəllüdlü İsmayıl Adıgözəlov yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi məlum deyil.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.Apa