Azərbaycan prezidenti İlham Əliyev Tailand kralı Maha Vaçiralonqkorna təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir: “Əlahəzrət!
Tailand Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Tailand xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.Apa
Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Diqo kəndi rayonun dağlıq ərazidə yerləşən ən ucqar yaşayış məntəqələrindən olsa da, rayon icra hakimiyyətinin...