Ukrayna daxili işlər naziri Arsen Avakov Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilini Ukrayna hökumətinə tabe olmağa çağırıb.
Bu barədə o, özünün “Twitter” səhifəsində yazıb.
A. Avakov bildirib ki, istənilən münaqişə yalnız qanuni yolla həll olunmalıdır: “Saakaşvili qanunun tələblərinə tabe olmalı, hüquqi prosedurdan keçməli, ittihamlara cavab verməlidir. O, qan tökülməsinə və toqquşmaya səbəb olmamalıdır. Məhkəmənin qərarı olmadan baş verənlər həll olunmayacaq”.
Qeyd edək ki, bu gün hüquq-mühafizə orqanları tərəfindən saxlanılan, lakin sonra tərəfdarlarının köməyi ilə azad edilən M. Saakaşvili kiyevliləri Meydana toplaşmağa çağırıb.APA
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...