Azərbaycanda kabel şəbəkəsi yayımçısı tərəfindən retranslyasiya olunan xarici və peyk telekanalların siyahısına yeni TV-lər əlavə edilib.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) müvafiq qərarı ilə, Belarusun “Belarus 24”, Azərbaycanın “Muz TV” və “Dalğa” telekanalları kabel şəbəkəsi yayımçısı tərəfindən retranslyasiya olunan xarici və peyk telekanalların siyahısına əlavə olunub.
Qeyd edək ki, bir müddət əvvəl MTRŞ-da “Muz TV Azərbaycan” MMC və “Dalğa” TV-yə peyk yayımı üçün lisenziya verilməsi barədə qərar qəbul olunub.apa
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...