İmişlidə 73 yaşlı qadın kanalda boğulub

İmişli rayonunda qadın kanala düşərək ölüb.
Astarainfo.az APA-nın Mil-Muğan bürosununa istinadən  xəbər verir ki, İmişli rayonunun Məzrəli kənd sakini, 1944-cü il təvəllüdlü Rzayeva Afiqə Mirsəlim qızı kənd ərazisindən keçən kanala düşərək boğulub.
Onun meyiti kanaldan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.