Hindistanda 5,5 bal gücündə zəlzələ baş verib

Hindistanın Uttarakxand ştatında 5,5 bal gücündə zəlzələ baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Ridapryaq dairəsində, ocağı 30 km dərinlikdə yerləşib.
Yeraltı təkanlar paytaxt Dehli daxil olmaqla bir sıra yaşayış məntəqələrində hiss olunub.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.