Milli Məclisin dekabrın 15-də keçiriləcək növbəti plenar iclasının gündəliyi məlum olub.
 İclasın gündəliyinə 38 məsələ daxildir.
Bunlar Seçki, Mülki məcəllələrə, “Avtomobil yolları haqqında”, “İcra haqqında”, “Məşğulluq haqqında”, “Heyvanlar aləmi haqqında” və sair qanunlara dəyişiklik, o cümlədən “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” və “Azərbaycan Respublikası Hesablama Palatası haqqında” qanun layihələri və digər sənədlərdir. APA