Çempionlar Liqasının başa çatan qrup mərhələsinin tamaşaçı sayı ilə bağlı göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, qitənin ən güclü 32 komandasının iştirakı ilə 6 turda keçirilən 96 matçı ümumilikdə 4 milyon 158 min 867 seyrçi izləyib.
Orta hesabla hər matçda 43 min 321 nəfər qeydə alınıb. Qitənin ən nüfuzlu klub turnirində çıxış edən 32 komandanın ev oyunlarındakı tamaşaçı sayının sıralaması da maraq doğurur.
Təbii ki, ilk növbədə diqqətimizi Azərbaycan çempionu “Qarabağ”ın göstəriciləri çəkir. Bakı Olimpiya Stadionunda “Roma”, “Atletiko” və “Çelsi”ni qəbul edən Qurban Qurbanovun yetirmələri bu qarşılaşmalarda tribunalara 182 min 223 tamaşaçı toplamağa müvəffəq olub. Bu da orta hesabla hər matçda 60 min 741 seyrçi deməkdi.
“Qarabağ” bu göstərici ilə Çempionlar Liqasında 6-cı yerdədi. Düzdü, bir tur öncə, VI tur ərəfəsində Azərbaycan çempionu 7-ci pillədə idi. Sonuncu tur təmsilçimizin irəliləməsinə səbəb olub.
Ağdam klubu səfərdə oynasa da, daha yüksək pillədə qərarlaşan komandalardan birinin geriləməsi “Qarabağ”ı önə çıxarıb. Çempionumuzun keçdiyi bu komanda isə “Barselona”dı.
Dünya futbolunun nəhənglərindən olan Kataloniya klubu son turun “Sportinq”lə görüşündə az tamaşaçı topladığından orta göstəricisi aşağı düşüb. Nəticədə “Barselona” “Qarabağ”a azarkeşlərinə görə həsəd aparır.
Əslində, tamaşaçı sayı nisbi anlayışdı və stadionların tutumu, göstəricinin hansı yolla əldə olunması da bu göstəriciyə təsir edir. Bəzən bu rəqəm tam obyektiv olmasa da, siyahı reallığa çox yaxındı.
Cədvəlin ilk pilləsində də dəyişiklik olub. Son turadək zirvədə qərarlaşan “Tottenhem” mövqeyini əldən verib. 5-ci sıraya düşüb, “Qarabağ”a qonşu olan İngiltərə klubu daim azarkeşləri ilə öyünən 4 nəhəngi önə buraxıb.
Qrup mərhələsinin 1-cisi “Mançester Yunayted” olubsa, “Real” 2-ci, “Bavariya” 3-cü pillədə qərarlaşıb. “Borussiya” isə “dördlüy”ü tamamlayır.
Qeyd edək ki, cədvəlin sonuncu pilləsində “Monako” yer alıb.
yer
komanda
tamaşaçı
oyun
orta hesabla
1
Mançester Yunayted
222 960
3
74 320
2
Real
220 972
3
73 657
3
Bavariya
210 000
3
70 000
4
Borussiya D
196 207
3
65 402
5
Tottenhem
193 084
3
64 601
6
Qarabağ
182 223
3
60 741
7
Barselona
182 018
3
60 673
8
Seltik
173 762
3
57 921
9
Atletiko
172 789
3
57 596
10
Liverpul
149 068
3
49 689
11
Sportinq
139 545
3
46 515
12
PSJ
138 943
3
46 314
13
Mançester Siti
137 378
3
45 793
14
Spartak
130 603
3
43 534
15
Porto
126 554
3
42 185
16
Roma
125 358
3
41 786
17
Leypsiq
124 122
3
41 374
18
Feyenoord
123 500
3
41 167
19
Çelsi
123 130
3
41 043
20
Benfika
118 477
3
39 492
21
Beşiktaş
112 906
3
37 635
22
Sevilya
112 202
3
37 401
23
Yuventus
110 624
3
36 875
24
Bazel
103 414
3
34 471
25
Olimpiakos
91 335
3
30 445
26
Şaxtyor
90 403
3
30 134
27
MOİK
84 778
3
28 259
28
Napoli
77 633
3
25 878
29
Anderlext
58 759
3
19 586
30
APOEL
51 633
3
17 211
31
Maribor
37 048
3
12 349
32
Monako
28 135
3
9 378
Cəmi
4 158 867
96
43 321