Bərdədə yanğın qeydə alınıb.
Astarainfo.az Trend-ə istinadən məlumat verir ki, Bərdə rayonunun Mollalı kəndində ümumi sahəsi 167 m2 olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü və evin yanar konstruksiyaları 90 m2 sahədə yanıb.
 Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.