Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci ilin may ayının 10-da İdris Höccətova məxsus torpaq sahəsindən 1 baş inək oğurlamaqda şübhəli bilinən rayon sakini Taleh Abbasov saxlanılıb.
Astarainfo.az Milli.az-a istinadən xəbə veir ki, rayonun Xanbulan kəndində yaşayan T.Abbasov müxtəlif vaxtlarda tanışları Ramin Kişiyev, Nahid Muradlı, İlkin Cəbiyev, Mehbalı Əliyev, Sadiq Qurbanov, Azad Abbasovla əlbir olaraq vətəndaşlara məxsus ümumilikdə 12 baş inəyi oğurlayıb. O, cari ilin fevral ayından sentyabradəkolan müddətdə əlbir olduğu şəxslərlə birlikdə törətdiyi oğurluq əməlləri ilə 7 nəfərə ümumilikdə, 12 min manatdan artıq ziyan vurub. Aparılan araşdırmalarla mal-qaranın əsasən Hirkan Milli Parkının Xanbulan kəndi ətrafında yerləşən meşəlik ərazidən oğurlandığı müəyyən edilib.
Aparılan araşdırmalar nəticəsində əvvəllər T.Abbasovun, daha sonra isə R.Kişiyevin həmin ərazidə meşəbəyi işləmələri məlum olub. Onlar oğurladıqları iribuynuzlu heyvanları rayon ərazisindəki qəssablara şəxsi təsərrüfatlarında yetişdirdiklərini deyərək satıblar. Oğurlanan heyvanlardan ikisi maddi sübut qismində götürülüb.
T.Abbasov və adıçəkilən digər şəxslər istintaqa cəlb edilib və barələrində Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə cinayət işi açılıb, istintaq aparılır.Trend