Ukraynanın şərqində vəziyyət yenidən gərginləşib.
UNİAN agentliyi xəbər verir ki, anti-terror əməliyyatları qərargahından verilən məlumata görə, ötən gün ərzində “Rusiyanın hibrid qoşunları” Ukraynanın Silahlı qüvvələrinin mövqelərinə 28 dəfə atəş açıb.
Nəticədə, 4 Ukrayna hərbi qulluqçusu həlak olub, biri yaralanıb.
Ukrayna ordusu qumbaraatanlar, pulemyotlar və atıcı silahdan rəqibə cavab atəşi açıb./publika.az/ xezerxeber.az