Qaxda fərdi yaşayış evi yanıb.
 Astarainfo.az APA-ya istinadən məlumat verir ki, yanğın dekabrın 10-u axşam saatlarında rayonun Dəymədağlı kəndində, kənd sakini Seyfəddin Nurəddin oğlu Hacıyevə məxsus, ümumi sahəsi 165 kv/m olan kürsülü birmərtəbəli fərdi yaşayış evində baş verib.
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühfizə Hissəsinin 3 yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.