Fələstinin “Həmas” hərəkatı ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanınması barədə qərarına etiraz olaraq üçüncü “intifada”nın – üsyanın başlandığını elan edib.
Bunu “Həmas”ın mətbuat katibi Abdulativ Alkanu deyib.
“Biz ABŞ-a qərarının ləğvi üçün təzyiq göstərmək və etirazları davam etdirmək məqsədilə üçüncü “intifada”nın başlandığını bildiririk. Artıq Qəzza zolağında “intifada”nın başlanması səbəbilə etirazlar artır”, – A.Alkanu vurğulayıb.Publika.az