Azərbaycan prezidenti İlham Əliyev və ailə üzvləri Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər.
Prezident İlham Əliyev Heydər Əliyevin məzarı önünə əklil qoyub.
Sonra dövlət himni səslənib.
Dövlət başçısı və ailə üzvləri akademik Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.
Ziyarətdə baş nazir Artur RasizadəMilli Məclisin sədri Oqtay ƏsədovPrezident Administrasiyasının rəhbəri Ramiz MehdiyevMilli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri iştirak ediblər.apa